Modern.az

İTV-yə baş direktorun seçkisi saat 11.00-da başlayacaq

İTV-yə baş direktorun seçkisi saat 11.00-da başlayacaq

Təhsil

23 Aprel 2013, 09:32

Bu gün saat 11:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında (Nizami küç, 105) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə  İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən seçki keçirilməsinə başlanılacaq. Seçkini mətbuat nümayəndələri izləmək hüququna malikdir.
Bu barədə Modern.az-a Milli Televiziya və Radio Şurası aparatının rəhbəri Toğrul Məmmədov məlumat verib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı var: Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və  Hüseynov Emin Rafik oğlu.

“İctimai televiziya və radio yayımı haqqında” Qanununa görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə hər 4 ildən bir seçki keçirilir.
Xatırladaq ki, dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsilə vidalaşan İsmayıl Ömərov 3-cü dəfə namizədliyini verməyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı