Modern.az

Deputat: “Rəqabətli məhsul yaxşı da reklam olunmalıdır”

Deputat: “Rəqabətli məhsul yaxşı da reklam olunmalıdır”

Təhsil

23 Aprel 2013, 10:23


Azərbaycan dünya bazarında neftinə və qazına görə tanınsa da başqa məhsulunu dünya bazarına çıxara bilməyib. Ölkədə daxili bazarda rəqabətə davamlı məhsulların olmaması səbəbindən heç bir məhsulumuz xarici bazara çıxa bilmir. Ağcabədidə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə prezident daxili bazarın rəqabətə davamlı məhsullarla təmin olunmasının vacibliyini bir daha vurğulamışdı.

Son illər ölkədə məhsul istehsal edən firma və zavodların sayı artsa da, hələ ki, rəqabətə davamlı məhsul istehsal edə bilməmişik. Modern.az bununla bağlı ekspertlərin rəyini öyrənib.         
“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli hesab edir ki, Azərbaycanda normal rəqabət mühiti olmadığından rəqabətə davamlı mallarda çox azdır. Onun sözlərinə görə, bu səbəbdən də qeyri-neft sektorunda ixracat imkanları çox cüzidir:
““Azersun” və “Gilan Holdinq”in istehsal etdiyi bəzi malları çıxmaq şərti ilə Azərbaycan dünya bazarına dəmək olar ki, mal çıxartmır. Bu holdinqlər də əsasən qida məhsulları – meyvə şirələri, tomat, quru çay, süd məsulları istehsal edir. Həmin məhsullardan bir qismini dünya bazarına çıxarmaq imkanı əldə edib”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirib ki, bu gün Azərbaycanın ən rəqabət qabiliyyətli məhsulu neft və qazdır. Millət vəkilinin sözlərinə görə, hələ ki, üçüncü belə məhsulumuz yoxdur:
“Rəqabətə davamlı neft və qazdan başqa üçüncü belə məhsulumuz yoxdur. Yəni hələ ki, neft və qaz kimi rəqabətə davamlılıq səviyyəsinə çatmayıb”. Əli Məsimli onu da bildirib ki, kənd təsərrüfatı məhsullarımızın bir hissəsi ekoloji cəhətdən təmiz və keyfiyyətlidir. Onun fikrincə, bu məhsullar yaxşı reklam olunsa, nəticəsi indikindən qat-qat yaxşı olar.  

Gültəkin Ələsgər
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı