“BayMedia” İnformasiya Agentliyi və agentliyə məxsus eyni adlı www.baymedia.az informasiya portalı aprelin 24-dən etibarən fəaliyyətə başlayır. Agentlik və portal birinci mərhələdə Azərbaycan türkcəsində, daha sonra isə ingilis və rus dillərində məlumatlar yayacaq. “BayMedia”- nın informasiya siyasətində türk dünyası, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, təhsil və özəl sektorla bağlı məlumatlar prioritet təşkil edəcək.
Xatırladaq ki, “BayMedia” İnformasiya Agentliyi MMC 12 aprel 2013-cü ildə dövlət qeydiyyatından keçib. Agentliyin baş direktoru Elçin Mirzəbəyli, portalın redaktoru Cavanşir Həsənlidir.
Yaxın zamanlarda “BayMedia”- nın www.baymedia.tv adlı portalı da fəaliyyətə başlayacaq. Portalda əsasən görüntülü xəbərlərin yayılması nəzərdə tutulub.
“BayMedia” bütün kütləvi informasiya vasitələrini, qeyri-hökumət təşkilatlarını, təhsil sahəsində və özəl sektorda fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edib.
Modern.az