Modern.az

İsa Qəmbər Elşad Abdullayevlə əlaqəsindən danışdı

İsa Qəmbər Elşad Abdullayevlə əlaqəsindən danışdı

Təhsil

23 Aprel 2013, 11:05

Müsavat başqanı İsa Qəmbər keçmiş ABU rektoru Elşad Abdullayevlə gizli əlaqədə olmasına dair yayılan məlumatlara aydınlıq gətirib. Müsavat başqanı “Yeni Müsavat”a açıqlamasında skayp danışığı ilə bağlı iddialara cavab verdi. Deyib ki, E.Məcidli və E.Abdullayev onunla skaypla danışıblar. İ.Qəmbər söhbət zamanı məlum videoqalmaqalla bağlı fikir mübadiləsi apardıqlarını dedi:

“Ancaq o materialların müxalifətdən qaynaqlanması fikri o qədər əsassızdır ki, heç şərh eləməyə də ehtiyac qalmır. Yayımlanan videoları Elşad Abdullayevin çəkdiyinə heç kimin şübhəsi yoxdur. Danışılan məsələlərlə bağlı məlumatlar da Elşad Abdullayevin özündədir, özü açıqlayır həmin məsələləri. Biz sadəcə olaraq, ”xalq hər şeyi bilməlidir" prinsipini qəbul edirik. Bu baxımdan maraqlıyıq ki, həqiqətlər tam şəkildə cəmiyyətə təqdim edilsin və cəmiyyət birmənalı fikrini formalaşdıra bilsin. Əslində cəmiyyətdə bu məsələ ilə bağlı birmənalı fikir var. Cəmiyyət hesab edir ki, bu videoqalmaqal hakimiyyətin rüşvətxor mahiyyətini ifşa edir. Bu ölkədə hakimiyyətin hər şeyi, hətta deputat kürsülərini də pulla satdığını, insan oğurluğu ilə məşğul olduğunu aydın şəkildə ortaya qoyub. Ona görə də hakimiyyətin müxalifətin Elşad Abdullayevi informasiya ilə təmin etmə iddiası tamamilə əsassızdır".—deyə İsa Qəmbər məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, bloqer Elnur Məcidli Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin Elşad Abdullayevlə skpye vasitəsilə mütəmadi əlaqə saxladığını bildirib.

Anar 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı