Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclasında Mitinq Komitəsi yaradılıb.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. KXCP İdarə Heyətinin iclasında partiyanın rayon/şəhər şöbə məclislərinin yığıncaqlarının keçirilməsi barədə KXCP Ali Məclisinin sədri Bəybala Əbil və KXCP sədrinin Təşkilati Məsələlər üzrə müavini Xəzər Teyyublu ətraflı məlumat verib.