Modern.az

Prezident Binəqədiyə 2 milyon ayırdı

Prezident Binəqədiyə 2 milyon ayırdı

Təhsil

23 Aprel 2013, 11:51

Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələri ərazisində iyirmi üç min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı