Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilir.. Modern.az xəbər verir ki, seçkidə Cahangir Məmmədli iclas sədri seçilib. Daha sonra namizədlərin avtobiqorafiyası haqqında qısa məlumat verilib.
Namizəd Emin Hüseynov çıxış edərkən qeyd edib ki, İTV-yə baş direktor seçkiləri təxirə salınmalıdır. “Namizədlər üçün ictimai debatlar təşkil olunmalı, efir vaxtı verilməlidir”.
O, mətbuatı da tənqid edərək Cəmil Quliyevin baş direktor olacağı barədə yazılanların düzgün olmadığını vurğulayıb. Cahangir Məmmədli isə qeyd edib ki, Yayım Şurasınınü wzvləri əmək haqqı almır. “Sadəcə olaraq ildə bir dəfə baş direktorun maaşı həcmində məvacib alırlar”.
Daha sonra Cəmil Quliyev çıxış edib. O bildirib ki, əgər İctimai televiziyaya baş direktor seçilərsə Azərbaycançılıq, konstruktiv dialoq və varislik prinsiplərini inkişaf etdirəcək. O, eyni zamanda gənclərin maariflənməsi istiqamətində işlər görəcəyini vurğulayıb.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu namizəddir.
***
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə keçirilən seçki artıq başa çatdı. Cəmil Quliyev İTV-nin yeni baş direktoru seçilib.
Aqşin Kərimov