
İsmayıllı iğtişaşlarında iştirak etdiyinə görə, barələrində iki aylıq həbs qəti imkan tədbiri seçilən REAL Hərəkatının sədri İlqar Məmmədovun işində heç bir yenilik yoxdur. Bu barədə
Modern.az-a İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. O, bildirib ki, Məmmədovun azad olunması üçün Avropa İnsan Haqları Məhkəməsindən cavab gözləyirlər:
“İlqar Məmmədovun azadlığa buraxılması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Müvəkkilimin işi ilə bağlı şikayət artıq Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. İndi cavab gözləyirik”.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələrində əhali arasında təhrikçi çağırışlar etməkdə günahlandırılaraq həbs ediliblər. İlqar Məmmədov barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. (233- İctimai qaydanı pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - və 315.2 – hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq müqavimət göstərmək maddələri ilə).
Gültəkin Ələsgər