Modern.az

İTV-nin yeni rəhbəri Cəmil Quliyev: “Vəzifəmə məsuliyyətlə yanaşacam”

İTV-nin yeni rəhbəri Cəmil Quliyev: “Vəzifəmə məsuliyyətlə yanaşacam”

Təhsil

23 Aprel 2013, 12:29

"İctimai televiziyada baş direktor olacağım müddətdə vəzifəmə məsuliyyətlə yanaşacam”. Modern.az xəbər verir ki, bu fikirləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru Cəmil Quliyev deyib.

O qeyd edib ki, milli-mənəvi dəyərlərin təbliği istiqamətində böyük işlər aparmağı planlaşdırır.

“Seçki qabağı öz platformam haqqında geniş danışmışam. Mənim üçün əsas məqsəd azərbaycançılıq, milli-mənəvi dəyərlərin təbliği, konstruktiv dialoq və profesionallıqdır.  Biz çalışacağıq ki, İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyət və incəsənətə də geniş yer verilsin. Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə kinoteatr deyil, ümumiyyətlə böyük məfhumdur. Televizyada çalışanlar profesional, savadlı və mədəni insanlar olmalıdır”.

Mədəniyyət kanalının rəhbəri olan Cəmil Quliyev bildirib ki, ora da rəhbər seçiləcək. “Mədəniyyət kanalı öz fəaliyyətini davam etdirəcək və ona da rəhbər seçiləcək. Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibiyəm, öz işimi bu sahədə davam etdirəcəm. Həm də çalışacam ki, pedoqoji fəaliyyətimi kənarda qoymayım”.

Aqşin Kərimov
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı