Modern.az

Ümid Partiyası: “Sumqayıt İcra Hakimiyyətini və polisi məhkəməyə veririk”

Ümid Partiyası: “Sumqayıt İcra Hakimiyyətini və polisi məhkəməyə veririk”

Təhsil

23 Aprel 2013, 13:20


Dünən Ümid Partiyasının Sumqayıt şəhər şöbəsinin toplantısına polis tərəfindən basqın olunub və toplantı dağıdılıb. Baş vermiş məlum hadisə ilə bağlı həmin gün toplantıda iştirak edən Ümid Partiyasının Ali Məclisinin sədri Ənvər Ağazadə açıqlama verib:

“Bir neçə ay bundan öncə Ümid Partiyasının icarəyə götürdüyü qərargahına polis tərəfindən basqın olmuşdu və qərargahın sahibinə hədə-qorxu gələrək bizim ordan çıxarılmağımızı tələb etmişdilər. Uzun müddət Sumqayıt Şəhəri İcra Hakimiyyətinə bizi qərargahla təmin etməsi üçün müraciət etdik, lakin bizi qərargahla təmin etmədilər. Təxminən 1 aya yaxın olar ki, tam qanuni şəkildə və müqavilə əsasında yeni bir qərargah icarəyə götürdük və müqavilənin bir surətini də Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərdik. Dünən Ümid Partiyasının rəhbərliyində olan şəxslər, mən Ənvər Ağazadə, Ümid Partiyası sədrinin digər müavinləri və MSK-dakı nümayəndəmiz HHhAkif Qurbanov iştirak edirdilər. Ənənəvi olaraq prezident seçkilərinə hazırlıq ilə bağlı partiya üzvlərimizin görəcəyi işlər, partiya üzvlərimizin üzərinə düşən vəzifələr haqqında geniş bir söhbət aparmaq istəyirdik, həmçinin Akif Qurbanov seçki qanunvericiliyinə dair təlim keçirməyi planlaşdırırdı. Sumqayıt şəhər şöbəsindən aktivlər qərargaha yığışmışdılar. Hələ biz toplantıya çatmamış polis idarəsindən gəlib ora yığışan üzvlərimizə bu tədbirin qeyri-qanuni olduğunu bildiriblər və ofisi tərk etmələrini tələb ediblər. Biz onlara izah etməyə çalışdıq ki, fəaliyyətimiz tam qanunidir. Partiyamız dövlət büdcəsindən maliyyələşir. Bu günkü tədbir də dövlət büdcəsinin ayırdığı maliyyə hesabına bir layihə kimi həyata keçirilir. Bütün bu izahlara baxmayaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov şəxsən özü ora gəldi və ofisi tərk eləməyimiz haqda göstəriş verdi. O, bunu belə əsaslandırdı ki, guya o ərazidə yaşayan insanlar qərargaha çox insanın toplanmasına görə narahat olduqlarını bildiriblər və şikayət ediblər. Bütün bunlar bəhanədir. Yəni polisin ənənəvi taktikasıdır. Heç kəs şikayətçi olmamışdı. Sadəcə olaraq qərargaha insanların toplaşmağı, aktivləşmələri hakimiyyət orqanlarını narahat edib. Buna görə də belə bir tədbirə əl atdılar.

Əslində bu çox acınacaqlı bir hadisədir. Hakimiyyətin siyasi partiyalara qarşı keçirdiyi təzyiq kampaniyasının, seçki ilində rəqiblərinə heç bir şəraitin yaradılmamasının göstəricisidir. Bu Azərbaycanın qanunlarına, konstitusiyasına, qoşulduğu beynəlxalq konvensiyalara zidd olmaqla bərabər həm də imicinə böyük bir zərbədir. Bu il keçiriləcək prezident seçkilərinin də demokratikliyini, ədalətliyini və siyasi rəqiblərlə bərabər şəraitdə keçiriləcəyini indidən şübhə altına alan bir hadisədir. Biz bu hadisədən çox təəssüflənirik və hakimiyyəti bu tipli addımlardan geri çəkilməyə çağırırıq.

Onu da qeyd edim ki, biz bununla bağlı iddia ərizəsi hazırlayırıq. Bu bizim dövlət büdcəsindən ayrılan maliyyə hesabına həyata keçirilən tədbirimiz idi. Bu tədbirə mane olduqlarına görə Sumqayıt Şəhər Polis idarəsini və digər aidiyyəti orqanları bizim qanuni fəaliyyətimizə ziyan vurduqlarına görə məhkəməyə verəcəyik. Siyasi partiyalar haqqında qanunda göstərilir ki, “Dövlət siyasi partiyaların hüquqlarına  və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konustitusiyasına  və qanunlarına uyğun olaraq öz nizamnamə vəzifələrini yerinə yetirmələrinə bərabər hüquqi şərait yaradılmasına təminat verir”. Xüsusən qanunun keşiyində dayanan hüquq mühafizə orqanları bu qanunlara əməl etməyib siyasi partiyalara qarşı basqılarda xüsusi rol oynayırlar. Biz artıq bu məsələni hüquqşünasla məsləhətləşmişik, iddia əraizəsi hazırlanır və məhkəməyə də müracitət edəcəyik. Bu məsələnin arxasıyca da sona qədər gedəcəyik.

Dünənki tədbirlə bağlı ofisin sahibinə polis hədə-qorxu gəlib onu övladları ilə təhdid eləyiblər ki, bizi ofisdən çıxarsın. Aldığımız məlumata görə bu gün də ofisin qarşısında polis növbə çəkir və insanların qərargaha toplaşmasına icazə vermir. Ofisin sahibi də artıq bizim yerli şöbənin sədrinə ofisi boşaltmaqları haqqında xəbərdarlıq edib. Artıq bu ikinci belə haldır ki, xüsusi adamlardan icarəyə götürdüyümüz ofisdə bizə fəaliyyət göstərməyə icazə vermirlər”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı