Modern.az

Azərbaycan kubokunun finalçıları bəlli oldu

Azərbaycan kubokunun finalçıları bəlli oldu

Təhsil

24 Aprel 2013, 23:18

Aprelin 24-də futbol üzrə Azərbaycan kubokunun finalçıları məlum olub.

Modern.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda “Xəzər Lənkəran” “Bakı”nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. İlk oyunda “Bakı” “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəlmişdi. Belədə lənkəranlılar finala vəsiqə qazanıblar.

İkinci cavab oyununda “Qarabağ” “Neftçi” ilə qarşılaşıb. Bu oyunda heç-heçə qeydə alınıb - 2:2. İlk oyunda “Neftçi” 2:1 hesablı qələbə qazandığından finala da o çıxıb.

Beləliklə, mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq finalda "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasının şahidi olacağıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı