Modern.az

Elşad Abdullayev bəyanat yaydı

Elşad Abdullayev bəyanat yaydı

Təhsil

25 Aprel 2013, 10:20

Fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev hüquq müdafiəçisii Vidadi İsgəndərlinin həbsinə etiraz edib. Modern.az bildirir ki, bu barədə Elşad Abdulayevin təşkilatı - Avropa Azərbaycanlıları Milli Birlik Şurası bəyanat yayıb.

“Prezidentliyə namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsinə etiraz edərək bildiririk ki, o, fəal mübarizə adamı olduğu üçün onun həbsi qanunsuz və siyasi sifarişdir. Həm də Vidadi İsgəndərlinin həbsinin başlıca səbəblərindən biri də İctimai Palatada Mahir Abdullayevin Hüquqlarının Təhqiqat Komissiyasının sədri və Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin üzvü olaraq bəyanat vermişdir ki, MTN zabiti Mahir Abdullayevin oğurlanması XXl əsrin ən böyük cinayətidir və mən bu cinayəti bir ay müddətinə açacagam. Buna görə də azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkarların sifarişi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərli  həbs olunub”-deyə bəyanatda qeyd edilib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı