Modern.az

İran rəsmisindən Xəzəryanı ölkələrə xəbərdarlıq

İran rəsmisindən Xəzəryanı ölkələrə xəbərdarlıq

Təhsil

25 Aprel 2013, 12:48


İran Məclisinin deputatı Xəzəryanı ölkələri Xəzər dənizinin hüquqi rejimini həll etmək məsələsindəki yavaş addımlarına görə tənqid edib və ölkələri yeni razılaşma əldə edənə qədər İran və SSRİ arasında bağlanmış 1921-ci il və 1940-cı il müqavilələrinə hörmət etməyə çağırıb.

Modern.az saytı bu barədə “Fars” Xəbər Agentliyinə istinadən xəbər verir.

”Xəzərin hüquqi rejimi ilə bağlı yeni sənəd  hələ də imzalanmayıb. Ölkələr arasında yeni müqavilə imzalanana qədər onlar Sovet İttifaqı və İran arasında bağlanmış müqavilələrin şərtlərinə əməl etməldirlər”.
İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Mehdi Sənaye hüquqi rejimi formalaşdırmağın vaxt aparan bir prosesə çevrlidiyini bildirirək əlavə edib:

”Leqal rejimin müəyyənləşdirilməsi üçün vaxt limiti təyin olunmalıdır”.

İran xarici işlər naziri Əli Əkbər Salehi Xəzəryanı ölkələri yeni müqavilələrin təsdiqinə qədər dünyanın ən böyük gölünün sabitliyini, təhlükəsizliyini və ətraf mühitinin təmizliyini mövcud hüquqi rejimə uyğun qorumağa dəvət etmişdi. Mehdi Sənaye isə öz fikirlərini  Salehinin sözlərindən sonra bildirib.

  Peykər İbrahimova

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı