Modern.az

Bakcell-dən NOKIA LUMIA smartfonları

Bakcell-dən NOKIA LUMIA smartfonları

Təhsil

25 Aprel 2013, 14:07

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Sür@ ticarət nişanı altında ən mükəmməl 3G mobil internet xidmətlərini göstərən Bakcell böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyanı elan edir. Bakcell Nokia ilə birlikdə bütün CİN istifadəçilərinə yeni Nokia Lumia smartfonlarını xüsusi şərtlərlə əldə etmək imkanı yaradır.

25 Aprel 2013-cü il tarixindən etibarən, aşağıda göstərilən Nokia Lumia smartfonlarından birini alan hər bir yeni və cari CİN abunəçisi, telefona verdiyi pulun yarısını 12 ay ərzində aylıq bonuslar vasitəsilə geri alacaq.

·         Nokia Lumia 520
·         Nokia Lumia 620
·         Nokia Lumia 720
·         Nokia Lumia 820
·         Nokia Lumia 920

Əldə edilən bonuslar şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə edilər bilər və bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 10 AZN yüklənməlidir. Bundan əlavə, Bakcell abunəçiləri həmçinin 30 MB İnternet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar.

Bonuslar kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir CİN abunəçisi təklif olunan smartlfon modellərindən birini seçib balansa 300 manata qədər bonus almaq imkanını əldə edəcəkdir.

Kampaniyada iştirak edən telefonlardan birini Bakcell-in istənilən diler mağazasından əldə edən bütün CİN abunəçiləri bu unikal təklifdən yararlana bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı