Modern.az

YAP rəsmisi İlham Əliyevin namizədliyindən danışdı

YAP rəsmisi İlham Əliyevin namizədliyindən danışdı

Təhsil

25 Aprel 2013, 17:24

«Qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi yalnız YAP-ın deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin təşəbbüsü və istəyidir. Ölkə vətəndaşları Prezident İlham Əliyevin növbəti dəfə namizədliyini birmənalı şəkildə dəstəkləyir. Düşünürəm ki, belə bir dəstək 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq, inkişaf siyasəti ilə əlaqədardır. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı xeyli yüksəlib, böyük bir inkişaf mərhələsi keçib, ölkəmiz tanınmaz dərəcədə dəyişib, modernləşib və müasirləşib».

Modern.az hakim partiyanın saytına istinadən xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanın dövlət olaraq gücünün və qüdrətinin artması insanların rifahının yüksəlməsində də özünü göstərir. Onun sözlərinə görə, bütün bu uğurları hər bir vətəndaş öz həyatında görür və yüksək dəyərləndirir.

«Əlbəttə, insanlar rifahlarının yüksəlməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bilavasitə əlaqələndirirlər. Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə müasirləşir, yeniləşir və inkişaf edir, Bakı şəhəri ilə yanaşı digər bölgələrimiz də tamamilə simasını dəyişir, insanların yaşaması üçün daha layiqli şərait yaradılır. İnsanlar üçün digər amil isə sabitlik, dinclik, əminamanlıqdır. Əgər bu amillər olmasaydı, insanın rifahının yüksəlməsi sahəsində atılan addımlar və nəticələr böyük dəyər kəsb etməzdi. Azərbaycanda insanın həyatının keyfiyyətinin vacib bir göstəricisi ondan ibarətdir ki, hər bir vətəndaş, ailə dinclik, əminamanlıq, rahatlıq şəraitində yaşayır, insanların təhlükəsizliyi təmin olunur. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, hər bir Azərbaycan vətəndaşı aydın şəkildə dərk edir ki, bu yüksək nemətlərin bundan sonra da davam etməsi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində ölkəmizin mənzərəsi bunlardan ibarətdir. Ona görə də, insanlar hesab edir ki, prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi inkişaf, tərəqqi və yüksəliş prosesinin qarşıdakı illərdə də davam etməsinə zəmanət verir. Bu o deməkdir ki, qarşıdan gələn seçkilərdə Prezidentimizin namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının bu gün və gələcəklə bağlı olan istək və arzuları ilə üst-üstə düşür»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı