Modern.az

Polis qəza törətdi: ölən var

Polis qəza törətdi: ölən var

Təhsil

25 Aprel 2013, 23:32

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Ağdaş rayon bölməsinin mülki mühafizə xidmətinin əməkdaşı, Şəkili kənd sakini, 1985-ci il təvəllüdlü Bayramov Anar Zülfəli oğlu mühafizə bölməsinə məxsus 90-AC-372 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb.

Hadisə nəticəsində sürücü Anar Bayramov və sərnişin - Şəkili kənd sakini, 1986-cı il təvəllüdlü Əzizov Elvin Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Elvin Əzizov aldığı xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı