Modern.az

Rusiyada dəhşətli yanğın- 36 nəfər ölüb

Rusiyada dəhşətli yanğın- 36 nəfər ölüb

Təhsil

26 Aprel 2013, 09:38

Moskvanın Dmitrov rayonunun Ramenskiy qəsəbəsində psixonevroloji klinikada baş vermiş güclü yanğın nəticəsində 36 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, 41 saylı xəstəxanada cəmi 41 adam olub, onlardan yalnız 3 nəfər klinikanı tərk edə bilib.

 “İlkin məlumata görə, yanğın nəticəsində 36 nəfərin öldüyü ehtimal olunur, lakin yanğınsöndürənlər hələlik yalnız 12 nəfərin cəsədini aşkar edib”, deyə agentliyə Rusiya FHN-dən məlumat verilib.

 Məlumata görə, yanğın bu gün gecə saatlarında, xəstələr yatarkən baş verib.  

 FHN nümayəndəsi qeyd edib ki, 8 nəfərin cəsədi palatalarda aşkarlanıb, xəstə ehtimal olunan 4 nəfərin yanmış meyiti isə binanın çıxış hissəsində aşkarlanıb. Yəni onlar yanan binanı tərk etməyə çalışıb.

 Qeyd edək ki, xəstəxananı tərk etmiş 3 nəfərdən ikisi tibbi heyət üzvü, biri isə xəstə olub.  

 FHN-də qeyd ediblər ki, ağır nəticələrə səbəb yanğın barədə gec məlumatlandırılma olub. “Yanğın barədə məlumat yerli vaxtla 02.23-də daxil olub, ilk yanğınsöndürənlər hadisə yerinə gəldikdə alov artıq bütün binanı bürümüşdü”, deyə FHN nümayəndəsi qeyd edib.   

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı