st1:*{behavior:url(#ieooui) }
Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib. Modern.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Moskvanın cənubunda Azərbaycan vətəndaşı 32 yaşlı Nicat Əliyev killer tərəfindən öldürülüb. Moskva hüquq-mühafizə orqanları qətl hadisəsi ilə bağlı cinayət işinin açıldığını qeyd edir. Nicat Əliyevin meyiti “Dorojnaya” küçəsindəki evin yaxınlığında “VAZ-2114” markalı avtomobildə aşkar olunub. Moskva Prokurorluğunun İstintaq İdarəsinin mətbuat xidməti hazırda qətl hadisəsi üzrə araşdırmalar aparıldığını bildirib. Cinayətin başvermə təfərrüatlarının müəyyənləşdirlməsi və muzdlu cinayətkarın yaxalanması üçün axtarış tədbirlərinə başlanılıb.
“İnterfaks” agentliyi qeyd edir ki, Nicat Əliyev paytaxtdakı cinayətkar qruplaşmanın liderlərindən olub. Onun cibindən “Makarov” tipli tapança tapılıb.