Modern.az

“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir” – TƏKLİF

“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir” – TƏKLİF

Təhsil

29 May 2013, 11:17

“Hər bir sahə vahid rəhbərlik prinsipinə söykənməlidir. Təhsil də bir yerdən idarə olunmalıdır”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Təhsil və elm komitəsinin üzvi, millət vəkili Əhməd Vəliyev bağçaların yenidən Təhsil Nazirliliyinə qaytarılması məsələsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, burada təkcə məktəbəqədər təhsil müəssisələrindən deyil, orta təhsildən də söhbət gedir. “Bu gün onlar Təhsil Nazirliyinin müəyyən mənada sərəncamından uzaqlaşıb icra hakimiyyətlərinə verilib və onların fəaliyyəti ilə bağlı bütün məsələləri onlar icra edir. Düşüncəmlə hər bir sahə vahid rəhbərlik pinsipinə söykənməlidir”.

Ə. Vəliyevin sözlərinə görə, müxtəliflik olanda orada pərakəndəlik olur. “Bu günlərdə mətbuatdan orta məktəblərin Təhsil Nazirliyinə verilməsi məsələsi ilə bağlı müraciət olunduğunu eşitmişəm. Burada pis heç nə görmürəm. Təhsil Nazirliyi təhsil müəssisələrinin hamısına nəzarət etməsi ilə keyfiyyət və digər məsələlər orada təmin oluna bilər”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı