Modern.az

Müəllimlərim işə qəbulu qaydalarına yenidən baxılacaq

Müəllimlərim işə qəbulu qaydalarına yenidən baxılacaq

Təhsil

29 May 2013, 11:27

“2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına hazırda baxılır”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına 2013-cü ilin iyun ayının ikinci yarısından başlanılacaq. Məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcək.

Əvvəlki illərin nəticələri deməyə əsas verir ki, kənd məktəbləri üzrə, ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir.

Ümumtəhsil məktəblərində tibb otaqlarının fəaliyyəti barədə informasiya verilib. Qeyd eidlib ki, ümumtəhsil məktəblərində tibb otağı fəaliyyət göstərir, həkim, tibb bacısı ştatları mövcuddur. Tibbi xidmət işçiləri yerli səhiyyə təşkilatları ilə əlaqə saxlayır, şagirdlərin sağlamlığının vəziyyəti haqqında məlumatları toplayıb sistemləşdirir, zəruri hallarda tibbi yardım göstərirlər. Onlar uşaqların səhhətindəki hər hansı bir çatışmazlıq haqqında məktəbin rəhbərliyinə, müəllimlərə məlumat verməyə borcludurlar” deyə məlumatda qeyd edilib.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı