Modern.az

Azərbaycan beynəlxalq konfransın təşkilində təmsil olunacaq

Azərbaycan beynəlxalq konfransın təşkilində təmsil olunacaq

Təhsil

29 May 2013, 18:06

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  “Dəyərlər və siyasət: Avropanın xristian kökləri” adlı beynəlxalq konfransın təşkilində iştirak edəcək.
Modern.az-ın xəbərinə görə, konfrans Demokratik Siyasət İnistitutu və Avropa Parlamentinin Xalq Partiyası siyasi qrupu ilə birgə iyunun 6-dan 8-dək Vilnüs şəhərində keçiriləcək.

Litvanın AB-nə sədrliyinə həsr edilən Beynəlxalq tədbirdə Avropa Parlamentinin, Avronest PA-nın üzvlərinin, nüfuzlu dövlət xadimləri və diplomatların iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, 1 iyun 2013-cü ildən Avropa Birliyinə Litva sədrlik edəcək. Göstərilən tarixdən sonra ilk dəfə təşkil olunan bu mühüm beynəlxalq konfransda Avropanın nüfuzlu siyasi şəxsləri adıçəkilən qitənin gələcək prioritet istiqamətləri ilə bağlı müzakirələr aparacaqlar.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı