Modern.az

ABŞ səfiri YAP rəhbərliyi ilə ölkədəki vəziyyəti müzakirə etdi

ABŞ səfiri YAP rəhbərliyi  ilə ölkədəki vəziyyəti müzakirə etdi

Təhsil

3 İyun 2013, 17:34


İyunun 3-də Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşüb. Bu barədə Modern.az-a hakim partiyanın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olub.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak ediblər.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı