Modern.az

İcra başçısı 100 uşağı sünnət elətdirdi

İcra başçısı 100 uşağı sünnət elətdirdi

Təhsil

4 İyun 2013, 12:09

İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə rayon ərazisində bir günlük pulsuz sünnət aksiyası keçirilib.

Modern.az-ın məlumatına görə, rayonun maddi cəhətdən imkansız sakinləri üçün nəzərdə tutulan xeyriyyə aksiyasında yüzə yaxın azyaşlı təmənnasız olaraq sünnət edilib.

İcra başçısının bu addımı İsmayıllı sakinləri tərəfindən müsbət qarşılanıb.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasından da Modern.az-a uşaqların təmənnasız sünnət edilməsi ilə bağlı xəbəri təsdiqləyiblər.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi