Modern.az

Ədalət Partiyasından Türkiyədə baş verənlərə fərqli münasibət

Ədalət Partiyasından Türkiyədə baş verənlərə fərqli münasibət

Təhsil

4 İyun 2013, 14:41


Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov son günlər Türkiyədə baş verən hadisələrə münasibət bildirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.İsmayılov Türkiyədə baş verən hadisələrin məfkurə davası olduğunu deyib.

“Turkiyədə son günlər ”xalqin etirazi“ kimi pərdələnən qanunsuz iğtişaşlar sivilizasiyalararasi mübarizənin nə dərəcədə düşünülmüş və təhlükəli aparıldığının təzahürüdür. Türkiyədə bu günlərdə baş verənlər məfkurə davasıdır. Dininə-imanına, adət-ənənələrinə söykənən toplumla, “dunyəvilik” arzusunda olanlar arasındadır bu  mübarizə. Müqəddəs Qüdsu həsrətdən qurtarmaq arzusu ilə yaşayan şəhidlərlə Kapadokkiyada, Aya Sofiyanin yanında əylənənlər arasında, məmləkətlərinin üzərində böyük missiya olduğunu duşünənlərlə Türkiyəni  Hollandiya kimi görənlər arasındadır bu mübarizə. Nədənsə bu “dünyəvilik” arzusu Türkiyənin əsarətdən qurtulub,  iqdisadi, siyasi, geopolitik nailiyyətlərinin əldə olunduğu bir dönəmdə baş verməyə başladı. Sanki kimlərinsə sehrli çubuğu, spontan görsənən, əslində isə duşünülmüş və anti-İslam dünyası tərəfindən təşkil olunmuş ixtişaşları hərəkətə gətirdi. Türkiyənin regionda müstəqil siyasəti, İslam dəyərlərinə önəm verməsi, iqdisadi siçrayışı, maliyyə borclarından qurtulması, ordunun millətin agası statusundan millətin qüruru səviyyəsinə yüksəldilməsi, turk xalqının rifahına xidmət edən dərin siyasi, sosial reformalar İslam dunyasının duşmənlərini narahat etməyə bilməzdi. Dünənə kimi Qərbin maraqlarının dinməz təminatçısı rolunu oynayan, varlığını müstəmləkəçi qüvvələrə qurban veren Turkiyə, yaxın on ildə əsarətdə olan turk-müsəlman toplumunun nicat, ümid yerinə cevirilib. Anqlo-saks, yəhudi, xaçpərəst təəssübkeşliyində olan qüvvələrin əsas məqsədi Türkiyəni yüksəldən isıqlı bir çevrə haqqında mənfi obraz yaratmaqla qardaş ölkənin içərisinə təfriqə salmaq və onu təkrar əsarətə almaq, Allaha yox, bütlərə sitayiş etdirməkdir. Həmin qüvvələrin ssenarisi ilə Türkiyənin yaxın tarixində nə qədər isıqlı rəhbərlər məhv edildi, təhqir olundu, devrildi, nəticədə Türkiyə gerilədi. Əminəm ki, indi də müşahidə etdiyimiz belə layihələr ciddi nəticələr verməyəcək, cunki azlığın coxluq uzərində hökmranlığı Türrkiyədə artıq keçmişdə qaldı”-deyə E.İsmayılov Türkiyə olaylarına münasibət bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı