Modern.az

Sinoptiklərdən XƏBƏRDARLIQ: 37 dərəcə isti olacaq

Sinoptiklərdən XƏBƏRDARLIQ: 37 dərəcə isti olacaq

Təhsil

24 İyun 2013, 12:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Azərbaycanın bölgələrində iyunun 25-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı