Modern.az

Ərdoğan önəmli açıqlamalar verib

Ərdoğan önəmli açıqlamalar verib

Təhsil

14 Aprel 2010, 11:20

st1:*{behavior:url(#ieooui) }

Vaşinqtonda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunda önəmli açıqlamalar verib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərə  Ermənistan prezidenti Serj Sərkisyan ilə keçirdiyi görüş barədə danışıb.      

Türkiyənin baş naziri Dağlıq Qarabağ  və Ermənistan prezidenti Serj Sərkisyanın son “Türkiyə bizimlə ön şərtlər dili ilə danşma bilməz” bəyanatını  şərh edib.

“İsveçdə, Sürixdə imzalanmış protokolun mətnində ön şərtlərsiz ifadəsinin yanında çox önəmli bir ifadə var. Regional barışı təmin etmək. Bu regional barışda Azərbaycanı kənarda qoya bilərsiniz? Azərbaycan bu regional sülhın  önəmli bir ünsürüdür. Dolayısı ilə Azərbaycan və Ermənistan arasında münaqişənin çözülməsi,  tərəflərin bir sılh razılaşması əldə etməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədlərin açılması və bunun  bizim qapıların açılmasında bir vəsilə olacağını görməmiz lazımdır. Hər şeydən öncə, Türkiyə  Ermənistanla sərhədi niyə bağlayıb? Bunu bir kənara qoya bilmərik. Yəni,1993-cü ildə bu qapı niyə bağlandı?  Ermənistan və Azərbaycan arasında meydana gələn olaylar, Azərbaycan torpaqlarının işğalı səbəbilə bağlandı. İndi qapıların açıla bilməsi  şübhəsiz ki,  Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanması və orada bir barış zəmininin əldə olunması ilə mümkündür. Biz bu cür düşünürk. Bunun üçün də Minsk qrupunun üzərinə bu məsələdə önəmli bir vəzifə düşür. Bu məsələdə ABŞ, Fransa və Rusiyanın fəal çalışmaları var. Hörmətli Medvedevlə bu məsələləri biz müzakirə etdik. Sayın Sarkozi ilə də bu məsələləri ötən həftə Fransada müzakirə etdik. Zənn edirəm ki, onların  da bu işi daima nəzarətdə saxlaması ilə  inşallah bir nəticəyə gələ bilərik”.

Ərdoğan protokollarla bağlı bir təqvim prosesinin mövcud olmadığını deyib: “Xeyr, belə bir şey yoxdur. Hazırda biz protokolu məclisə göndərdik. Eyni şəkildə Ermənistn da protokolu Konstitusiya  Məhkəməsindən keçirməklə  parlamentə göndərdi. Bir az da xaricdən  bu prosesə yönəlik müsbət proseslərin baş verməsi, inanıram ki, parlamentdəki müzakirləri sürətləndiricək”.

 

“24 apreldən nə gözləyirsiniz” sualına cavabında Ərdoğan qeyd edib ki, bu barədə fikirlərini əvvəlcədən  söyləyib. “Şəxsən mən, Obamanın 24 apreldə “soyqırım” sözü işlətməsini  gözləmirəm. Bu barədə bizim sürəkli mesajlarımızı alıblar”,-deyə Ərdoğan bildirib.

 

“Hər zaman üçüncü ölkələrin Türkiyə və Ermənistan arasına girməməsini və ya qanun layihələrinin qəbul olunmamasını istəyirsiniz. Obamaya bu barədə mövqeyinizi çatdırdınızmı”sualına cavabında Ərdoğan qeyd edib ki, hər zaman  söylədiyimi yenə də  Obamaya söylədim. “Hər zaman söylədiyim nədirsə onu da çatdırdım. Tayyib Ərdoğanın bir xasiyyəti var. Qapının önündə başqa, qapının arxasında isə  başqa danışıqları sevməz. Yanımda gizli agent də gəzdirmərəm. Hər şeyim açıqdır. Siyasəti qurmağı mən belə öyrəndim. Bu prosesi inkişaf etdirirəm, etdirəcəyəm”deyə Ərdoğan bildirib.

 

“Siz bu qədər qəti danışırsınız Obama sizə qəti bir söz verdimi” sualına cavabında Ərdoğan “Görək Mövlam neylər. Neylərsə gözəl eylər” cavabını verib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı