Modern.az

Moskvadakı azərbaycanlı miqrantlar deportasiya olunacaq

Moskvadakı azərbaycanlı miqrantlar deportasiya olunacaq

Təhsil

13 Avqust 2013, 11:50

   
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Moskvada miqrantlara qarşı keçirilmiş əməliyyatların ikinci mərhələsi başlayır. Hazırda Rusiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olmuş əcnəbilərin vətənlərinə göndərilməsi üzərində iş gedir. Qaydalara əsasən, çadır düşərgədə saxlanılan miqrantların Rusiyadan xaric edilməsi üçün onları qəbul edən tərəfdən rəsmi sənəd verilməlidir. Düşərgədə saxlanılan əcnəbilərin üçdə birinə bu sənədlər verilib. Artıq bir qrup (onların əksəri Vyetnamdandır) Rusiyadan deportasiya olunub. Misir, Mərakeş Suriya, Qırğızıstan, Azərbaycan və Özbəkistandan olan minə yaxın miqrantların da yaxın vaxtlarda öz ölkələrinə göndərilməsi nəzərdə tutulur. 

 

Modern.az

    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...