Modern.az

Hindistan səfirinin evini qarət edən bədəməl hələ tapılmayıb

Hindistan səfirinin evini qarət edən bədəməl hələ tapılmayıb

Təhsil

3 Sentyabr 2013, 12:42

Hindistan Respublikasının ölkəmizdəki səfirinin yaşadığı evdən oğurluq edən şəxs hələ ki tapılmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Hindistan səfirinin evindən oğurluq edənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.   Qeyd edək ki, ötən gün Bakının Nərimanov rayonunda kirayə yaşayan Hindistan səfiri Bollocddu Micihela Vinod Kumarinin evində oğurluq olub. Bədəməl diplomatın mənzilindən Nizami Gəncəvinin əvvəllər ona hədiyyə kimi verilən 1 ədəd 8 sm hündürlüyündə qızıl suya çəkilmiş büstünü oğurlayıb. 

Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı