Modern.az

“Soçi Olimpiadasına qatılacaq idmançıların sayı artırılacaq”

“Soçi Olimpiadasına qatılacaq idmançıların sayı artırılacaq”

Təhsil

3 Sentyabr 2013, 13:26


“Qış idman növlər üzrə çıxış edəcək idmançıların sayı artacaq”. Modern.az xəbər verir ki, bu sözləri İdman və Gənclər Nazirliyi keçirilən mətbuat konfransında nazir Azad Rəhimov deyib.

Nazirin sözlərinə görə, idmançıların hazırlaşması üçün Şahdağda onlar üçün şərait yaradılıb.

Azad Rəhimov bildirib ki, 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycandan cəmi 4 idmançı çıxış edəcək. Onlardan iki nəfəri fiqurlu konkisürmədə, 2 nəfər isə slalom sürüşmə üzrə yarışacaq.

Nazir bu sayın çox az olduğunu da bildirib.

Abbas Qəmli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...