Modern.az

Bakıda məskunlaşan köçkünlərlə görüş olub

Bakıda məskunlaşan köçkünlərlə görüş olub

Təhsil

3 Sentyabr 2013, 14:06

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu gün Bakı şəhərində məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb. Görüş  məcburi köçkünlərin sıx məskunlaşdığı ərazidə keçirilib.

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, görüşdə çıxış edən icra başçısı Alı Alıyev bildirib ki, bu tipli görüşlər mütamadi olaraq keçirilir. Tədbirdə sakinlərlə yerində görüşülməsinin əhəmiyyətindən və faydalarından danışılıb. Görüş zamanı məcburi köçkünlərin müraciətləri dinlənilib. Rayon sakinləri tərəfindən qaldırılan məsələlərin əksəriyyəti İcra Başçısının göstərişi ilə yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb. Görüşün sonunda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Modern.az
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!