Modern.az

İqbal Ağazadə prezidentliyə namizəd oldu

İqbal Ağazadə prezidentliyə namizəd oldu

Eğitim

3 Sentyabr 2013, 16:25


Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.

Modern.az xəbər verir ki,  MSK katibi Arifə Muxtarova qeyd edib ki, namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Führuz oğlu Ağazadənin məsələsi araşdırılıb. Bundan sonra təqdim etdiyi  imza vərəqələri yoxlanılıb. O həmçinin əlavə edib ki, heç bir hüquq pozuntusuna rast gəlinməyib.

Xatırladaq ki, bundan başqa  YAP namizədi İlham Əliyevin namizədliyi  də bir müddət öncə qeydə alınıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı