Modern.az

Monteneqroda Bakı küçəsi açılıb

Monteneqroda Bakı küçəsi açılıb

Təhsil

12 Sentyabr 2013, 10:10

Monteneqronun paytaxtı Podqoritsa şəhərinin Kral parkında şair və dramaturq Hüseyn Cavidin büstünün, şəhərin mərkəz hissəsində isə Bakı küçəsinin təntənəli açılış mərasimi keçirilib. AzərTAc xəbər verir ki, tədbirə Monteneqronun baş naziri Milo Cukanoviç, Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri qatılıblar.

Elçin Əfəndiyev, Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov, Monteneqronun mədəniyyət naziri və Podqoritsa şəhərinin meri mərasimdə çıxış ediblər.

Kral parkında yenidənqurma və abadlaşdırma işlərini Azərbaycan hökuməti aparıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı