Modern.az

“Avrasiya İttifaqı postsovet məkanında ən böyük layihə olacaq”

 “Avrasiya İttifaqı postsovet məkanında ən böyük layihə olacaq”

Təhsil

12 Sentyabr 2013, 17:41


“Rusiya ümid edir ki, Avrasiya İqtisadi İttifaqı postsovet məkanında ən böyük inteqrasiya layihəsi olacaq”.

Modern.az bildirir ki, bu sözləri Astanada Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Avrasiya Milli universitetindəki mühazirəsi  zamanı söyləyib.

“Güman edirik ki, Avrasiya İqtisadi İttifaqı nəinki üç ölkənin, həm də bizim prinsip və məqsədlərimizi bölüşən digər postsovet ölkələri üçün də ən böyük inteqrasiya prosesi olacaq”.

O, Ermənistanın və Qırğızıstanın da ittifaqa daxil olmaq istəyini xatırladıb. “Digər MDB ölkələri üçün də qapılar açıqıdır. Avrasiya inteqrasiya prosseslərinin sürətlənməsi bu obyektiv reallıqdır”-deyə Segey Lavrov əlavə edib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...