Modern.az

Arif Hacılıdan Milli Şuraya xəbərdarlıq: “Bəsdir, toparlanmalıyıq”

Arif Hacılıdan Milli Şuraya xəbərdarlıq: “Bəsdir, toparlanmalıyıq”

Təhsil

12 Sentyabr 2013, 19:58


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şura üzvlərinə müraciət edib. Modern.az-ın məlumatına görə, Arif Hacılı Milli Şuranı toparlanmağa çağırıb:

“Seçki kampaniyasının ciddi mərhələlərindən birini uğurla adladıq! Bu həm də ona görə vurğulanmalıdır ki, Milli Şurada qərarlarının qəbul olunması ləngidiyindən imza toplanmasına digərlərindən təqribən 2 həftə gec başlamışdıq.
İmzaların toplanmasına Seçki Məcəlləsinə görə 4 həftə vaxt ayrılır. Biz bu işi peşəkar və fədakar insanların sayəsində 1 həftə ərzində gördük. Seytnotdan çıxdıq. Artıq istinad nöqtəmiz və aydın hədəfimiz var!  3 həftəmiz qaldı. Bundan daha artığına həm qadir ,həm də layiq olduğumuzu sübut etməliyik!

Toparlanmalıyıq. bəsdir! deyərək, tarixin gedişini istıdiyimiz kimi dəyişdirməliyik!”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı