Modern.az

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında qazanılan uğur

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında qazanılan uğur

Təhsil

11 Dekabr 2023, 18:37

1 – 10 dekabr tarixlərində Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.


Modern.az xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal əldə ediblər.


Məktəblilərimizi təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...