Modern.az

Gürcü nazir bahalı qalstuku ilə “bomj”u xilas etdi

Gürcü nazir bahalı qalstuku ilə  “bomj”u xilas etdi

Təhsil

18 Sentyabr 2013, 17:14


Gürcüstanın Əmək, Səhiyyə və Sosila Müdafiə naziri David Sergenko yol qəzasında xəsarət alan Densi Əhmədov adlı evsiz vətəndaşa ilkin tibbi yardım göstərib. Modern.az bildirir ki, bu barədə yerli “Kviris palitra” (Həftənin palistrası) qəzeti məlumat yayıb. Sarğı üçün gürcü nazir öz qalstukundan istifadə edib. Qəzetin məlumatına görə hadisə sentyabrın 9-da baş verib. Aviaşouya tamaşa etməyə gedən nazir Tbilisinin mərkəzi prospektində maşının sərxoş piyadanı vurmasının şahidi olur. Xəsarət alan “bomj” Denis Əhmədov olub. Hadisə şahidlərinin sözlərinə görə David Sergenko təcili yarımın gəlməsini gözləmədən yaralıya yardım göstərib.

“Biz hadisə yerinə çağırış olduqdan 3-5 dəqiqə sonra gəldik. Yarlıda çoxsaylı xəsarətlər aşkarlansa da kimsə bizə qədər qanaxmanı dayandırmışdı. Xəsarət alan şəxsin ayağına qalsuk bağlanmışdı”- deyə təcili yardım həkimi Svetlana Korqanişvili jurnalistlərə açıqlamasına deyib. Sonradan təcili yardım briqadası sarğının nazir tərəfindən sarındığını biliblər. Xəstəxanaya çatdırılan Denis Əhmədov əməliyyat olunub. Onun əməliyyatdan sonra özünü normal hiss etdiyi bildirilir. Qalstuka gəlincə onun “Pierre Cardin”dən olan dizayner qalstuku olduğu deyilir. Hazırda qalstuk Mərkəzi Təcili Yardım Mərkəzində çərçivəyə alınaraq mötəbər yerdə qoyulub. Mərkəzin sədr müavini Mziyan Cohidzenin sözlərinə görə qalstuk Hippokrat andına sədaqəti simvolizə edir. Xatırladaq ki, David Sergenko Tbilisi Dövlət Tibb universitetini bitirib və sonra xaricdə təhsil alıb. O, Səhiyyə naziri postuna 2012-ci ilin payızında təyin olunub.        

V. İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı