Modern.az

Avropa Məhkəməsi Aslan İsmayılova görə Azərbaycan hökumətinə 6 həftə vaxt verdi

Avropa Məhkəməsi Aslan İsmayılova görə Azərbaycan hökumətinə 6 həftə vaxt verdi

Təhsil

18 Sentyabr 2013, 19:18

Avropa Məhkəməsi tanınmış hüquqşünas Aslan İsmayılovun şikayətini öz nəzarətinə götürüb. Bu barədə Modern.az saytına məlumat verən Aslan İsmayılov bildirib ki, 2010-cu il Milli Məclisə seçkilər zamanı nəticələrin saxtalaşdırılması, ona qarşı edilmiş qanun pozuntuları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi iddia ərizəsi icraata götürülüb.

”Azərbaycan hökumətinə göndərilmiş məktubda mənim və vəkilim Akif Əlizadənin şikayət ərizəsində göstərdiyimiz dəlillərə cavab verilməsi üçün 6 həftə vaxt verilib”.

Aslan İsmayılov deyib ki, o, 07 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə Bakı şəhəri 20 saylı Nərimanov Seçki Dairəsi üzrə deputatlığa namizəd kimi iştirak edib. Onun adıçəkilən DSK-da namizədliyi qeydə alındıqdan sonra 15 oktyabr 2010-cu ildən başlayaraq seçki təşviqatına başlayıb.

“Deputatlığa namizəd kimi seçki təşviqatı başlayandan seçki gününə qədər hüquqlarım kobudcasına pozulub. Lakin pozulmuş hüquqlarımın bərpasına və müdafiəsinə nə Dairə Seçki Komissiyasında, nə Mərkəzi Seşki Komissiyasında, nə də Azərbaycan məhkəmələrində nail ola bilmədim”. 

17 sentyabr 2013-cü ildə Avropa Məhkəməsindən Aslan İsmayılova bildiriş göndərilərək məlumat verilib ki, məhkəmə onun Avropa Konvensiyasının 13 və 14-cü maddələri, eləcə də Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozuntusu üzrə şikayətini qəbul edən sayıb və bununla bağlı 16 yanvar 2014-cü ilə qədər Azərbaycan hökumətinə öz qeydlərini bildirməyə vaxt verib.

Xatirladırıq ki, Aslan İsmayılovun şikayəti 2010-cu ilin parlament seçkiləri ilə bağlı namizədliyi qeydə alınmaqla pozuntu qurbanı hesab edilən birinci işdir.

Ərizəçini Avropa Məhkəməsində vəlil Akif Əlizadə təmsil edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı