Modern.az

Baş redaktor təxribata məruz qaldı

Baş redaktor təxribata məruz qaldı

Təhsil

18 Sentyabr 2013, 22:56


AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlunun adı ilə feysbuk (“Facebook”) sosial şəbəkəsində saxta profil fəaliyyətini aktivləşdirib. Qeyd edək ki, bir müddət əvvəl də Elçin Zahiroğlunun profili oğurlanaraq ələ keçirilmişdi. Ancaq qısa müddətdən sonra həmin profil sosial şəbəkədə əngəlləndi. Bu gün isə profil yenidən aktivləşib və Elçin Zahiroğlunun adından ölkənin tanınmış ictimai-siyasi xadimlərinə, o cümlədən xanımlara qeyri-etik mesajlar göndərilib. Elçin Zahiroğlu bu təxribatdan xəbər tutan kimi həmin profili bağlatdırmağa səy göstərib. Amma təəssüf ki, göstərdiyimiz səylər hələlik nəticə verməyib. Çalışırıq ki, qısa müddətdə bu təxribatın qarşısı alınsin. 

Sayt rəhbəri sabah bununla bağlı müvafiq orqanlara müraciət edəcək. Bir daha xatırladırıq ki, bir müddət əvvəl də baş verən anoloji təxribat zamanı aidiyyəti qurumlara – Daxili İşlər nazirliyi və MTN-ə müraciət edilib. Amma buna heç bir reaksiya olmayıb, sözügedən qurumlar bu vaxta qədər cavab verməyiblər. Buna baxmayaraq, məsələ ilə bağlı müvafiq qurumlara yenidən rəsmi müraciət ediləcək. 

Hələliksə hər kəsin bilməyini istərdik ki, E. Zahiroğlunun adına olan ikinci profilimdən göndərilən mesajlar ona aid deyil və mümkünsə, həmin saxta profildən şikayət edilməyi xahiş olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı