Modern.az

Cəmil Həsənli də İTV-ni ittiham etdi

Cəmil Həsənli də İTV-ni ittiham etdi

Təhsil

20 Sentyabr 2013, 14:47

Bu gün Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunda (RATİ) mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, toplantıda çıxış edən Milli Şuranın namizədi İTV-dəki debatda yaranan qalmaqala münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı əlavə şərhə ehtiyac yoxdur.

“Əslində, biz belə bir addımı gözləyirdik”, – deyə C.Həsənli Müasir Müsavat Partiyası sədrinin ona qarşı etdiyi hərəkəti şərh edib.

“Hafiz Hacıyev üçün yığılan imzalar saxtadır. Amma MSK İlqar Məmmədovun imzalarını saxta çıxartdı. Hafiz Hacıyev kimi bir isimin namizəd kimi qeydiyyata almaq bu xalqın üzünə tüpürməkdir”.

Milli Şuranın namizədi İTV-nin də ünvanına bir sıra tənqidi fikirlər səsləndirib.

“Ümumiyyətlə, debat yaxşı təşkil olunmayıb. Seçki mühiti debatlarda hiss olunmur”.

C. Həsənli qeyd edib ki, İctimai Televiziyanın dünənki insidentlə bağlı bəyanatı məntiqsiz və mənasızdır. “Orda bütün Azərbaycan xalqı təhqir olundu. Amma İTV bütün günahları mənim üstümə yıxıb”.

Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı