Modern.az

Nazir balıqartırma zavodunun açılışında oldu

Nazir balıqartırma zavodunun açılışında oldu

Education

20 Sentyabr 2013, 14:55

Bu gün yeni balıqartırma zavodunun açılışı olub. Modern.az xəbər verir ki, zavodun açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizində azalmaqda olan balıqlar xüsusən nərə balıqları ilə bağlı yaranmış vəziyyətə toxunub.
“Ekologiya Nazirliyi vaxtilə ölkə rəhbərliyinin tapşırığı və Dünya Bankının köməyi ilə radikal addım atıb. Xəzər dənizində ən müasir, effektiv nərə balığı artırma zavodu fəaliyyətini inkişaf etdirib. Digər ölkələrdən fərqli olaraq burda yarımçıq çalışan yox, çox dinamik işləyən müasir zavoddur. Zavodun sayəsində Xəzər dənizində nərə balıqlarının artırılmasını təmin etmişik. Azərbaycan Prezidenti tərəfindən Bakıda keçirilən Xəzər ölkələrinin sammitində bu addım digər dövlət başçıları tərəfindən dəstəklənib”.

Namidə Bingöl

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı