Modern.az

İctimai Televiziya teledebatlarda mühafizəçilərin sayını artıracaq?

İctimai Televiziya teledebatlarda mühafizəçilərin sayını artıracaq?

Təhsil

20 Sentyabr 2013, 16:05

Ötən axşam İctimai Televiziyada prezidentliyə namizədlərin iştirakı ilə keçirilmiş debatda baş vermiş qalmaqal müzakirə olunmaqdadır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Milli Şuranın vahid namizədi Cəmil Həsənli arasında baş verən xoşagəlməz hadisəyə dair İctimai Televiziya və Radio Yayımları Şirkəti də bəyanat yayıb. Qeyd edək ki, dünənki hadisə zamanı Hafiz Hacıyev stolun üstündəki su qabını Cəmil Həsənliyə atıb.

Xatırladaq ki, analoji hadisə 2003-cü ilin prezident seçkiləri ərəfəsində də baş vermişdi. O zaman da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Mustafayev prezidentliyə namizəd Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə stəkan atmışdı.

Prezidentliyə namizədlərin teledebatlarında yaşanan bu cür xoşagəlməz hadisələrin qarşısını almaq üçün İctimai Televiziya mühafizə xidmətini gücləndirməyi  düşünürmü?

İctimai Televiziyadan bildirilib ki, baş verə biləcək belə hadisələrin pis sonluqla nəticələnməməsi üçün əvvəlcədən stolun üstünə suyu şüşə deyil, plastik qablarda qoyurlar.
İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov Modern.az-a bildirib ki, mühafizəçilərin sayının artırılmasına ehtiyac yoxdur. Həm prezidentliyə namizədlərin, həm də televiziyaya gələnlərin təhlükəsizliyi tam təmin edilir. “Odur ki, əlavə mühafizəyə ehtiyac yoxdur”. Kanal rəsmisinin sözlərinə görə, ümumiyyətlə televiziya ərazisində kifayət qədər təhlükəsiz şərait mövcuddur.      


Gültəkin ƏLƏSGƏR
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı