“Dünənki debat prezidentliyə namizədlərə pulsuz efir vaxtı üçün verilən imkan idi. Orada Azərbaycan xalqını gələcəyə doğru aparmaq istəyən və bunda özünə güc tapıb ora çıxmaq istəyən adam öz platformasını ifadə etməli idi”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
“Milli Şura adlandırılan özfəaliyyət dərnəyinin namizədi, “professor” adlandırdıqları Cəmil Həsənlinin hərəkətləri bütün insanları hiddətləndirib. Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri, millət vəkili kimi seçicilərimlə görüşlərimdə insanlar hiddətlərini bildirirdilər ki, adına ziyalı deyən şəxs efirdə o tərzdə tərbiyə nümayiş etdirməli idimi? Şər və böhtana görə o, məhkəməyə verilməli idi, kim olursa olsun. 10 ildə dünya xəritəsində zərrə boyda görünən Azərbaycanı möhtərəm prezidentimiz dünyanın özü qədər böyüdüb. Bu gün ən ucqar kəndlərə yollar, su xətləri, qaz çəkilib, infrastruktur layihələri həyata keçirilib. Bu günlərdə Prezident Yevlaxda olub. Burada Avropanın mərkəzi şəhərlərində olmayan ən nəhəng xəstəxana tikildi, bahalı tibbi texnologiyalarla təchiz olundu. “Boinq” təyyarələri düşən Yevlax hava limanı istifadəyə verildi. İnşallah ölkəmizin qüdrəti ilə Yevlaxdan Avropanın mərkəzi şəhərlərinə təyyarələr ucaçaq.
Belərinin özünün ziyalı adlandırmağı özü gülüncdür. Bunun ziyalısı belədirsə, görün o biriləri necədir”.
Modern.az