“Heç kəslə problemim yoxdur”

Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov İсtimai TV-dəki canlı debatlara qatılmamağının səbəbini açlıqlayıb. Modern.az-a açıqlamasında İ.İsmayılov deyib ki, onun guya, namizədlərlə problemi yaranacağından ehtiyat edərək efirə çıxmaması barədə deyilənlər yalandır.
“Heç bir namizədlə problemim yoxdur. Mən öz səlahiyyətli nümayəndəmə etibar edirəm”-deyə Ədalət sədri vurğulayıb.
Prezidentliyə namizəd bildirib ki, o təbliğatının aparılmasında partiyadakı silahdaşlarına tam etibar edir.
“Bizim partiyanın çox gözəl, ləyaqətli nümayəndələri var. Nümayəndəmə etibar edirəm. Heç bir namizədlə problemim yoxdur”-deyə o bildirib.
Qeyd edək ki, İ. İsmayılov İTV-nin və İctimai Radionun canlı efirində prezidentliyə namizədlərin təbliğatı ilə bağlı aparılan debatlara qatılmır. Debatda onu partiyanın sədr müavini Mütəllim Rəhimov əvəz edir.
Vüqar İsmayılov