Modern.az

Tanınmış idmançılar prezidentliyə namizədlərdən kimləri tanıyırlar?

Tanınmış idmançılar prezidentliyə namizədlərdən kimləri tanıyırlar?

Təhsil

26 Sentyabr 2013, 15:32

Tanınmış idmançılar prezident seçkisinə qatılmış namizədlərin sayını və adlarını bilirmi? Modern.az saytı bu sualla onların bir neçəsinə müraciət edib.

Vəli Qasımov (məşqçi): “Məni o biri namizədlər maraqlandırmır. Prezidentliyə namizədlərdən İlham Əliyevdən başqa heç kəsi tanımıram. Bildiyimə görə, namizədlərin sayı 5 nəfərdir”.

Əfran İsmayılov (milli komandanın üzvü): “Düzü bilmirəm, başım qarışıb. Yalnız İlham Əliyevi tanıyıram”.

Vidadi Rzayev (məşqçi): “Vallah mən siyasətlə bir o qədər maraqlanmıram. Lakin bilirəm ki, prezidentlik uğrunda 10 nəfər mübarizə aparacaq”.

Asim Xudiyev (beynəlxalq dərəcəli hakim): “Bu  post uğrunda 10 nəfərin mübarizə aparacağını bilirəm. İlham Əliyev, Zahid Oruc, Qüdrət Həsənquliyev kimi namizədləri tanıyıram. Bu namizədlərin plakatlarını da şəhərin müxtəlif yerlərində görmüşəm”.

Niyaməddin Paşayev (taekvando üzrə əməkdar idman ustası): “Mənim üçün İlham Əliyevdən başqa heç bir namizəd yoxdu. Ondan başqa namizəd tanımıram“.

Şahin Diniyev (məşqçi): “8 namizəd mübarizə aparır. Onlardan İlham Əliyev, Zahid Oruc, İqbal Ağazadə, Cəmil Həsənli, Qüdrət Həsənquliyev kimi namizədləri tanıyıram”.

Abbas Qəmli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı