Modern.az

Fuad Muradov: “Prezidenti qələbə münasibəti ilə təbrik edirəm”

 Fuad Muradov: “Prezidenti qələbə münasibəti ilə təbrik edirəm”

Təhsil

10 Oktyabr 2013, 15:05

“Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib. Bu Azərbaycanda son illər həyata keçirilən islahatların nəticəsidir”.

Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov seçki kampaniyasının nəticələrini şərh edərkən bildirib.  Deputat seçki hazırlığının çox yüksək səviyyədə olduğunu deyərək bütün namizədlər üçün sərbəst şərait yaradıldığını vurğulayıb.

“Seçki təbliğatında heç kimə məhdudiyyət qoyulmadı. Prezidentliyə namizədlər sərbəst oaraq öz fikirlərini bildiriblər. Hətta bəzən demokratiyaya aid omayan, təhqir elementləri olan çıxışlar da səsləndi. Buna baxmayaraq, qanunun aliliyi vətəndaşlara sərbəst olaraq öz seçimini etmək imkanı verdi”-deyə Fuad Muradov bildirib.   “Vətəndaşlar seçkilərdə böyük fəalllıq nümayiş etdirdilər. Prezidenti qələbə münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki,  bu Azərbaycan tarixində önəmli bir gün oldu”-deyə deputat beynəlxaq müşahidə qrupunun da nəticələrdən razı olduğunu açıqlayıb. “Bu gün AŞPA ilə Avropa Parlamentinin Müşahidə missiyasının birgə mətbuat konfransında iştirak etdik. Onlar apardıqları müşahidənin nəticələrinə görə İlham Əliyevin  qalib gəldiyini bəyan etdilər”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı