Modern.az

Milli Şura Bakıda mitinq keçirib - FOTOLAR+ YENİLƏNİB

Milli Şura Bakıda mitinq keçirib - FOTOLAR+ YENİLƏNİB

Təhsil

12 Oktyabr 2013, 16:17


Bu gün saat 16.00-da "İnşaatçılar" metrostansiyasının yaxınlığında, keçmiş "Məhsul" statdionunda Mlli Şuranın seçkilərin nəticələrinə etiraz mitinqi keçirilir. Mitinqin keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.


Aksiya “Azad seçki”, “Hakimiyyətin mənbəyi xalqdır” və digər şüarlarla keçirilir. Artlq mitinq başlayıb.

***

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli hakimiyyətin ünvanına kəskin ifadələr işlədib, 9 oktyabr seçkilərinin saxtakarlıqla müşayiət olunduğunu deyib.

Müsavat başqanı İsa Qəmbər seçkisinin qalibinin Cəmil Həsənli olduğunu vurğulayıb. İsa Qəmbər hakimiyyəti tənqid edib.  

Milli Şuranın prezidentliyə namiəzdi Cəmil Həsənli.deyib ki, bu seçkilər Azərbaycan müxalifətinin böyük bir güc mərkəzi olduğunu göstərdi.  O, məlumat verib ki, oktyabrın 14-də Avropaya, oradan döndükdən sonra isə ABŞ-a səfər edəcək: “Bu səfərlərdə səs oğurluğu müzakirə ediləcək”.

"El" hərəkatının lideri Eldar Namazov deyib ki, xalq Cəmil Həsənliyə ölkədəki neqativ hallara son qoyulması üçün səs verib.

KXCP sədri Mirmahmud Mirəlioğlu düzgün seçim edən və Cəmil Həsənliyə səs verən seçicilərə minnətdarlığını bildirib.

Aksiya qətnamə oxunması ilə insidentsiz başa çatıb.







Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı