Modern.az

Baş Polis İdarəsi Milli Şuranın mitinqinə qiymət verdi

Baş Polis İdarəsi Milli Şuranın mitinqinə qiymət verdi

Təhsil

12 Oktyabr 2013, 18:14
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bugünkü mitinqi ilə bağlı məlumat yayıb. Modern.az xəbər verir ki, BŞBPİ-nin məlumatında bildirlib:

”Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilmişdir.  Saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak etmişdir. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməmişdir”.


Sizə yeni x var
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı