Modern.az

"Cəmil Həsənli yaxın günlərdə Bakıya qayıdacaq" - AÇIQLAMA

"Cəmil Həsənli yaxın günlərdə Bakıya qayıdacaq" - AÇIQLAMA

Təhsil

14 Oktyabr 2013, 16:24


“Cəmil Həsənlinin Azərbaycana qayıtmayacağı ilə bağlı fikirlər YAP funksioneri tərəfindən təxribat məqsədi ilə dövriyyəyə buraxılıb”. Bunu Modern.az-a açıqlamasında Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib.

O, YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzovun açıqlamasına münasibət bildirərkən qeyd edib ki, Cəmil Həsənli Avropa səfərindən sonra Azərbaycana qayıdacaq.

“Cəmil Həsənli ilə az öncə əlaqə saxladım. Cəmil müəllim dedi ki, çox qısa zamanda görüşlərini başa vurub ölkəyə qayıdacaq və işlərə rəhbərlik edəcək”.  

Qeyd edək ki, Cəmil Həsənli oktyabrın 13-də Avropaya yola düşüb. O, Brüsseldə və Strasburqda Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri ilə görüşlər keçirəcək.  

Aqşin Kərimov
 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı