Modern.az

Sabiq nazir Fərhad Əliyev və qardaşı azadlığa buraxıldı

Sabiq nazir Fərhad Əliyev və qardaşı azadlığa buraxıldı

Təhsil

14 Oktyabr 2013, 19:10

Modern.az saytının məlumatına görə, prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında azadlığa buraxılacaq məhkumlar arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və omun qardaşı - "Azpetrol" şirkətinin keçmiş sahibi Rafiq Əliyevin də adı var.

Qeyd edək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev 9 oktyabr seçkilərində prezident İlham Əliyevə səs vermişdilər. Ondan öncə isə əfvlə bağlı ölkə başısına müraciət etmişdilər.

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.  2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı