Modern.az

"İlqar Məmmədov həbsdə olduğundan partiya yarada bilmirik"

"İlqar Məmmədov həbsdə olduğundan partiya yarada bilmirik"

Təhsil

21 Oktyabr 2013, 11:10

“Belə tezliklə partiya yaratmaq çətindir”.  Bunu Modern.az saytına açıqlamasında REAL hərəkatının məclis sədri Erkin Qədirli təşkilatın bazasında yeni siyasi partiya yaradılması ilə bağlı perspektivi şərh edərkən deyib. O bildirib ki, hərəkatın sədri İlqar Məmmədovun həbsdə olması və qanunvericiliyin tələbləri prosesi müəyyən qədər yubadır.
“Ona görə də bizdən asılı olmayan səbəblərdən REAL-ın partiyaya çevrilməsini tezləşdirə bilmirik”-deyən qurum rəsmisi onu da qeyd edib ki, məsələ ilə bağlı işlər gedir. Onun sözlərinə görə artıq sənədlər hazırlanır və proses yekunlaşandan sonra mətbuata geniş açıqlama veriləcək.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...